Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


23.01.2025  17:40 

Yeniyetmə qıza əxlaqsızlıq edən molla məsuliyyətə cəlb edilib





A+  A-

Naxçıvan Muxtar Respublikasının kəndlərindən birində yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər etmiş molla cinayət məsuliyyətinə cəlb edilib.

XəzərNews.az xəbər verir ki, Naxçıvan MR Dini Qurumlarla İş üzrə İdarəsinin kənd üzrə molla-mükəbbiri 1984-cü il təvəllüdlü Hətəm Zeynalova (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 153.1-ci maddəsi (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılıb.

Araşdırmalarla müəyyən edilib ki, evli olan din xadimi işlədiyi kəndin məscidində təmizlik işlərinə kömək edən 14 yaşlı qıza qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib, ona telefon və mobil nömrə hədiyyə edib, həmçinin Naxçıvan şəhərində onunla görüşərək vaxt keçirib.

Məhkəmənin 21 yanvar tarixli hökmü ilə Hətəm Zeynalova 1 il 6 ay həbs cəzası verilib. Onun vəzifə tutmaq hüququ da 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.

Xəbər 2323 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +