Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib


05.02.2017  15:56 

Avropa İdman Təhlükəsizliyi Assosiasiyası Azərbaycanda 3 şübhəli oyun aşkarlayıb





A+  A-


2016-cı ildə Azərbaycanda nəticəsi şübhəli olan 3 idman yarışı qeydə alınıb.

Bu barədə Avropa İdman Təhlükəsizliyi Assosiasiyasının (ESSA) hazırladığı illik hesabatda bildirilir.

Sənəddə göstərilir ki, hər 3 şübhəli qarşılaşma tennis oyunlarında baş verib. Lakin həmin görüşlərin hansı turnirdə və tennisçilər arasında keçirildiyi açıqlanmır.

Yunanıstanda 11 (futbolda 5, voleybolda 4, tennisdə 2), Rusiyada 9 (tennisdə 7, futbolda 2), İspaniya (tennisdə 5, futbolda 2) və İtaliyada (tennisdə 6, futbolda 1) hərəyə 7 şübhəli oyun müəyyənləşdirilib.

Ümumilikdə ESSA ötən il 130 şübhəli pul qoyuluşu halı qeydə alıb. Bunlardan 103-ü tennis, 16-sı futbol, 4-ü voleybol, hərəyə 2-si stolüstü tennis və çimərlik voleybolu, hərəyə 1-i snuker, basketbol və həndbola edilib. Bu qurum 2005-ci ildə pul qoyuluşu bazarını monitorinq etmək, eləcə də danışılmış oyunlar barədə idman orqanlarını və milli tənzimləyiciləri məlumatlandırmaq məqsədilə yaradılıb. Assosiasiya informasiyaları nəhəng lisenziyalaşdırılmış bukmeyker kontorlarından alır, FİFA, Beynəlxalq Olimpiya Komitəsi və digər aparıcı idman təşkilatları ilə əməkdaşlıq edir.

(report.az)



Xəbər 1896 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +