Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


16.12.2020  11:08 

Bayram yarmarkaları fəaliyyətə başlayır - ÜNVANLAR





A+  A-

21-31 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Qış yarmarkası təşkil olunacaq. Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer kənd təsərrüfatı məhsullarını münasib qiymətlərlə satışa çıxaracaq.
Kənd Təsərrüfatı Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.

Yarmarkanın təşkili zamanı koronavirus pandemiyasına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulan karantin rejimi tələblərinə tam əməl olunacaq. Belə ki, yarmarkanın baş tutduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçiriləcək, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, yarmarka ərazisində dezinfeksiya edici məhsullar yerləşdiriləcək, fermerlər zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.

Xatırladaq ki, “Kənddən Şəhərə” Qış yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir əlavə xərc sərf etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək. Yarmarkada məhsulların qiyməti digər topdan və pərakəndə satış məntəqələrindəki ilə müqayisədə xeyli münasib olacaq.

Qeyd edək ki, Nərimanov rayonunda təşkil olunacaq (Gənclik metro stansiyasının yanı) yarmarka ərazisində ATT və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb. “Kənddən Şəhərə” Qış yarmarkasının baş tutacağı digər iki ünvan isə aşağıdakılardır:

Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A

Xəbər 2014 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +