Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


21.10.2021  19:17 

“Rusiya atəşkəs rejiminin pozulmaması üçün əlindən gələni edir”





A+  A-

“Moskva Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün əlindən gələni edir”.

XezerNews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyət, o cümlədən son insidentlər oktyabrın 14-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı müzakirə edilib”, - deyə Zaxarova qeyd edib.

Mariya Zaxarova deyib ki, Rusiyanın vasitəçilik səyləri sayəsində 2020-ci ilin dekabrından indiyədək 122 saxlanılan şəxs dəyişdirilib.

“2020 -ci ilin dekabrından bu yana 105 nəfər Ermənistana, 17 nəfər isə Azərbaycana təhvil verilib. Mübadilə prosesinin davam edəcəyinə ümid edirik”- deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya bütün istiqamətlərdə Bakı ilə İrəvan arasındakı münasibətləri normallaşdırmaq üçün lazım olan hər cür dəstəyi verməyə davam etmək niyyətindədir.

Mariya Zaxarova bildirib ki, Qarabağdakı vəziyyət Rusiya sülhməramlı kontingenti, Baş Qərargahlar, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi səviyyəsində müntəzəm təmasların mövzusudur. /Qafqazinfo/

Xəbər 1728 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +