Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


12.11.2025  16:45 

Məqsud Şeyxzadə dözümlülük və qardaşlıq rəmzi idi – Mobil Məmmədov





A+  A-

“Özbəkistanda keçirilən Dözümlülük Günü münasibətilə təşkil olunan tədbirlər ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri arasında qarşılıqlı anlaşma, hörmət və mənəvi birliyin möhkəmlənməsində mühüm rol oynayır”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Mərkəzin rəhbəri Mobil Məmmədov çıxış edib.

M.Məmmədov bildirib ki, Özbəkistan qədimdən dostluq və həmrəyliyin diyarı kimi tanınır: “Bu torpaqda 130-dan artıq millət və xalqın, 16 dini konfessiyanın nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayır. Mədəniyyət və ədəbiyyat bu birliyin qorunmasında xüsusi əhəmiyyət daşıyır, onlar insanları birləşdirir, qəlbləri yaxınlaşdırır”.

Mərkəz rəhbəri qeyd edib ki, Özbəkistan Yazıçılar İttifaqında keçirilən tədbirdə bir daha aydın göründü ki, yazıçı sözü xalqlar arasında körpülər yaradan böyük qüvvədir: “Bunun parlaq nümunəsi uzun illər Özbəkistanda yaşayıb-yaratmış məşhur azərbaycanlı şair və yazıçı Məqsud Şeyxzadədir. O, qardaşlıq və humanizm ruhu ilə yoğrulmuş əsərləri vasitəsilə özbək ədəbiyyatının inkişafına böyük töhfə verib. Məqsud Şeyxzadənin yaradıcılığı Azərbaycan və Özbəkistan xalqları arasında dostluğun, qarşılıqlı hörmətin və mədəni əlaqələrin canlı rəmzinə çevrilib. Onun adını xatırlamaqla biz yalnız böyük yazıçını ehtiramla yad etmirik, həm də ömrü boyu xidmət etdiyi dözümlülük və anlayış dəyərlərini daha da möhkəmləndiririk”.

Qeyd edək ki, Özbəkistan Azərbaycan Milli-Mədəni Mərkəzi Respublika Mərkəzi Yazıçılar İttifaqının rəhbərliyinə və təşəbbüskarlarına xalqlarımızı birləşdirən mənəvi dəyərlərə göstərdikləri diqqətə görə dərin minnətdarlığını bildirib.


Xəbər 153 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +