Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi


07.02.2025  10:12 

Hansı kredit şərtləri ilə mənzil almaq sərfəlidir?





A+  A-

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Bildirilir ki, 2025-ci ildə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 2024-cü il ilə müqayisədə 87.7 milyon manatdan 100 milyon manata çatdırıldığı üçün bu il 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək.

Bəs orta hesabla 100 min manatlıq mənzili 20-30 illik ipoteka şərtləri ilə əldə etdikdə , nəzərdə tutulan müddətin sonunda vətəndaş ümumilikdə nə qədər pul ödəmiş olur?

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı Fuad İbrahimov deyir ki, ödənilən məbləğ ipotekanın növündən asılı olaraq dəyişir.

Fuad İbrahimovun sözlərinə görə, dövlət ipotekalarının hər kəs üçün əlaçatan olmaması hazırda tikinti şirkətləri tərəfindən təqdim olunan daxili ipotekalara da təlabatı artırır.Burada vaxt məhdduiyyəti və limit olmasa da faizlər daha yüksəkdir.

Ekspert bildirir ki, daxili ipoteka zamanı bəzən vətəndaş 100 min manat dəyərində ı mənzil üçün yekunda 250 min manat və daha yüksək məbləğ ödəmiş olur.

Millət vəkili Vüqar Bayramov isə deyir ki, fevral ayının 6-dan etbarən ipoteka kreditlərinin alınması üçün müraciət etmək mümkün olacaq.

Ekspertlər hazırda mənzil kreditlərində faizlərin ümumi bazarla müqayisədə kifayət qədər yüksək olduğunu bildirirlər. Bundan əlavə dövlət ipotekasında maksimum məbləğ 100 min manat təyin olunur ki, bəzi hallarda bu məbləğə mənzil tapılması mümkünsüz olur.



Xəbər 1877 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +