Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


07.09.2023  09:31 

Əsgərovların bankı 135,2 milyon problemli kreditdə boğulur...





A+  A-

1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın problemli kreditləri digər özəl banklarla müqayisədə kifayət qədər yüksəkdir.

XəzərNews.az Ekonominfo.az-a istinadən xəbər verir ki, bu ilin ikinci rübünün yekunda “Premium Bank” ASC-nin problemli kreditlərinin həcmi 135,2 milyon manat olub.

Vaxtında geri qaytarılmayan kreditlərin həcmi ümumi kreditlərin 28,7%-ni təşkil edib. Müqayisə üçün problemli kreditlərin Azərbaycanda bank sektoru üzrə orta göstərici 6,3% olub.

Rəqəmlərdən də göründüyü kimi “Premium Bank” ASC-nin problemli kreditləri ölkə üzrə qeydə alınan orta göstəricidən dəfələrlə yüksəkdir.

Məlumat üçün bildirək ki, "Premium Bank”ın əsas səhmdarı bir-neçə gün əvvəl AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır.

Hazırda bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.



Xəbər 2960 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +