Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib


08.04.2025  11:28 

İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu





A+  A-

“İranın daxili həyatında baş verənlər onun xarici siyasətinin yaratdığı nəticədir. Dünyanın qalan bütün ölkələrində xarici siyasət daxili siyasətin davamı kimi qəbul edilir. Bu, düzgün prinsipdir. Həm də demokratiya deməkdir. Xarici siyasət xalqın maraqları üzərində qurulur və xalqın arzularını təcəssüm etdirir. İranda isə tərsidir”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, xarici siyasət daxili siyasətin necə olacağını müəyyənləşdirir:

“İranın daxili siyasətinin seqmentləri də dünyanın digər dövlətlərindən fərqlidir. Xalq və xalqın adından danışan hakimiyyət təmsilçiləri ayrı-ayrı müstəvilərdədirlər”.

Politoloq hesab edir ki, İranın daxili siyasətində xarici siyasətlə əlaqəli tək bu deyil:

“- ABŞ İrana məktub BƏƏ vasitəsilə, İran cavabı ona Əmmanla göndərir.
- ABŞ Səudiyyə Ərəbistanında Rusiya ilə keçirdiyi görüşdə İranın nüvə texnologiyasını da müzakirə edir və Rusiyanın üzərinə qoymaq istəyir. İran və Rusiya məsafəyə görə çox yaxındırlar, Xəzər dənizində qonşudurlar. İran isə nüvə texnologiyasının müzakirəsini Çinin ərazisinə keçirdir. Əlbəttə, RF xarici işlər nazirinin müavini, nüvə məsələləri üzrə kurator S.Ryabkov da o görüşdə iştirak edir. İranın daxilində Rusiyaya etimad yoxdur. İran hökuməti, xüsusilə ali rəhbər Rusiyaya qarşı düşmənçilik hissi aşılamaqla məşğuldur. Ermənistanın siyasəti isə dəyişməzdir. Azərbaycan Respublikası, azərbaycanlıya qarşı alət kimi istifadə edəcəyinə ümidlidir”.




Xəbər 1956 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +