İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


04.04.2025  17:42 

“Embawood” qüsurlu mal satıb - Rəsmi





A+  A-

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən mebel istehsalı ilə məşğul olan "Embawood” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

XəzərNews.az Agentliyə istinadən xəbər verir ki, şirkət qüsurlu malın geri qaytarılmasından imtina edib və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib, bununla da, İnzibati Xətalar Məcəlləsinin 444.2-ci bəndinə (Satılmış malların dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması) və 447.0.9-cu bəndinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) xətalar törədib.

Qeyd edək ki, "Embawood” şirkəti deputat Məşhur Məmmədovun biznes strukturu kimi tanınır.

Xəbər 2799 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +