Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?


18.05.2019  16:21 

Məmmədyarov Fransada görüş keçirdi





A+  A-

Xarici İşlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikası Milli Assambleyasının vitse-prezidenti Karol Büro-Bonar və Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun prezidenti Pyer-Alan Rafan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Fransa arasında parlamentlərarası əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.

Tərəflər Azərbaycan-Fransa dostluq qrupunun fəaliyyətinin iki ölkə arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayaraq, bundan sonra da münasibətlərin sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildiriblər.

Görüş zamanı, həmçinin Azərbaycanla Fransa arasında gündəlikdə duran cari məsələlər barədə tərəflər arasında müzakirələr aparılıb.

Xəbər 1683 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +