Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


16.08.2018  13:36 

Məleykə Abbaszadə: “Bu il 700 bal toplayanlar rekord sayda olub“





A+  A-

"Bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub".
XəzərNews.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 1992-ci ildən başlayaraq qəbul imtahan­larının mərkəzləşdirilmiş qaydada keçiril­mə­si ilə şagirdlərin biliklərinin test üsulu ilə qiymətləndirilməsi sistemi formalaşmağa başla­yıb. İmtahanın məzmunu ilə bağlı standartların, qə­bul proqram­ları­nın hazır­lan­ması məqsə­dilə 1994-cü ildən etibarən ekspert qrup­ları yaradılıb, elmi-metodiki semi­narlar təşkil olun­umuş və bu sistem ilbəil təkmilləş­diril­ib.

M.Abbaszadə qeyd edib ki, keçən 27 il ərzində imta­han­ların məzmun və forma­sında aparılan dəyişik­liklər abituriyentlərin imta­hanlara daha effek­tiv hazır­laş­malarına, biliklərinin daha obyektiv və şəffaf şəkildə üzə çıxarıl­masına kömək göstər­ib:

"2017-ci ildən abituri­yentlərin ali təhsil almaq imkan­larını artır­maq məqsədilə qaydalarda dəyişik­liklər edilib. On­lara cari tədris ili çərçi­vəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul im­ta­ha­nların­da iki dəfə iştirak etməyə icazə veril­ib. Bu ildən isə müx­təlif ixtisas qruplarını da seçmək imkanının yaradıl­ması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nü­mayiş etdirmək şansı yaratdıb. Təbii ki, bü­tün bu dəyişikliklər abituri­yentlərin nəticə­lərinə ilbəil öz müsbət təsirini gostərib. Məsələn, bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub".

M.Abbaszadə əlavə edib ki, 2008-ci ildən başla­yaraq Azərbaycan Respublikasında ümumi orta təhsil müəssisələrində yeni fənn kuriku­lumlarının tətbiqinə başlanıb:

"Təhsil sahə­sində həya­ta keçirilən bu islahatlar biliyin qiymət­lən­dirilməsi sistemi qarşı­sında yeni tələblər qoyur. Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan mo­de­linə uyğun keçiriləcək".

Xəbər 1972 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +