İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


05.01.2019  10:34 

Bu gecə 17 ağac sınıb





A+  A-

Bu gecə Bakıda 17 ağac sınıb.
XəzərNews.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yanvarın 4-ü saat 21-dən sonra meriyaya güclü küləyin fəsadları ilə bağlı 17 müraciət daxil olub.

Paytaxtın müxtəlif yerlərində 16 ağac sınıb, 1 yerdə isə ağac kökündən çıxıb. Belə ki, Yasamal rayonu, Alatava qəsəbəsində çinar ağacı kökündən çıxaraq avtomobilin üzərinə düşüb. Digər 16 hadisədə isə zərər qeydə alınmayıb. O.Məmmədov bildirib ki, əməkdaşlar dünən gecədən gücləndirilmiş iş rejimində işləyiblər: “Axşam saat 9-dan sonra bizə məlumat daxil olan kimi bir-bir ərazilərə əməkdaşlarımız baş çəkib və ağacların qırılması nəticəsində yaranan fəsad aradan qaldırılıb. Səhərə kimi bu işlər görülüb və artıq yekunlaşıb”.

Xəbər 1473 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +