Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


07.12.2018  10:48 

Maşın vuran süpürgəçi xəstəxanada dünyasını dəyişdi





A+  A-

Bakıda avtomobil qəzasında ağır xəsarət alan süpürgəçi dünyasını dəyişib.
XəzərNews.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, dünən 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı yerləşdirildiyi 3 saylı şəhər klinik xəstəxanasında ölüb.

Xəstəxanadan bildiriblər ki, dünyasını dəyişən şəxsin vəziyyəti çox ağır olub. Mərhum müştərək travma, döş qəfəsinin küt travması və digər ağır xəsarətlərlə reanimasiyaya yerləşdirilib. Onun qaraciyər yarası və diofraqması tikilib, hər iki plevra boşluğuna drenaj qoyulub. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə dünən səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib. Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulmuşdu.

Xəbər 1705 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +