Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


01.05.2018  21:28 

Paşinyan Ermənistanın baş naziri seçilmədi





A+  A-

Ermənistan parlamenti yeni baş naziri seçə bilməyib.
XəzərNews.az xəbər verir ki, mayın 1-də ölkə parlamentində hökumət başçısı seçkisi keçirilib.

Ermənistanın baş naziri vəzifəsinə "Mənim Addımım" Hərəkatının sədri, parlamentdəki "Çıxış" deputat fraksiyasının rəhbəri Nikol Paşinyan yeganə namizəd olub.

İclasda 105 deputatdan 102-si iştirak edib. Ancaq Nikol Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Ermənistanın hakim Respublikaçılar Partiyası onun baş nazir seçilməsinin əleyhinə çıxıb. Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.

Qeyd edək ki, parlamentdə deputat fraksiyası olan Respublikaçılar Partiyası (58 deputat), “Tsarukyan” (31 deputat), “Çıxış” (9 deputat), “Daşnaksütyun” (7 deputat) qruplarının hamısı səsverməyə qatılıb.

Xəbər 1737 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +