Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


17.08.2020  17:12 

Baş Prokurorluq əhaliyə müraciət etdi





A+  A-

Baş Prokurorluq vətəndaşlara müraciət edib.
Qurumdan XəzərNews.az-a ​daxil olan məlumatda deyilir:

“Dövlət başçısının vətəndaş-məmur münasibətlərinin meyarlarını müəyyən edən tövsiyələrindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Azərbaycan Baş Prokurorluğunun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi istirahət və bayram günləri də daxil olmaqla, günün 24 saatı ərzində fəaliyyət göstərir.

Daxil olan məlumat və müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə dərhal Baş Prokurorluğun əlaqədar idarə və şöbələrinə çatdırılır.

Azərbaycan Baş Prokurorluğu prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntularla üzləşən vətəndaşlara 961 nömrəli “Çağrı Mərkəzi”nə, korrupsiya hüquqpozmaları ilə üzləşən vətəndaşlara isə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir”.

Xəbər 1827 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +