“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir


20.07.2021  18:13 

Azərbaycan daha bir ölkəyə 40 min doza vaksin göndərdi





A+  A-

Prezident İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Tacikistana humanitar yardım göndərilib.
XəzərNews.az xəbər verir ki, iyulun 20-də 40 min doza “Vaxzevria” (“AstraZeneca”) peyvəndini daşıyan təyyarə Tacikistanın Düşənbə Beynəlxalq Hava Limanına enib.

Hava limanında yük Azərbaycanın Tacikistandakı səfirliyinin müvəqqəti işlər vəkili Vüqar İbrahimov tərəfindən qəbul edilərək, Tacikistanın Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Fayzali Saidzoda və Tacikistan Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sanitariya-Epidemioloji Təhlükəsizlik İdarəsinin rəisi Navruz Cəfərova təhvil verilib.

Humanitar yardım qarşı tərəfə təqdim edildikdən sonra Tacikistan Səhiyyə Nazirliyinin rəsmisi COVID-19 infeksiyası ilə mübarizədə Azərbaycan rəhbərliyi tərəfindən bu ölkəyə göstərilən davamlı yardımlara görə minnətdarlığını bildirib.

Qeyd edək ki, dünən Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə də koronavirusa qarşı 40 min peyvənd çatdırılıb.

Xəbər 1394 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +