“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir


04.06.2024  17:54 

MEK-də təlim keçən bir qrup gənc sertifikatla təltif olunub -Fotolar





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi kitabxanasında (MEK) ölkəmizdə könüllü “Vikipediya” qruplarının formalaşdırılması məqsədilə keçirilən növbəti təlimlər uğurla başa çatıb.

Xəzərnews.az xəbər verir ki, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən təlimlərə bu dəfə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun bir qrup əməkdaşı qatılıb və bir ay müddətində virtual ensiklopediyanın incəliklərinə yiyələniblər, məqalələr yaratmaq və redaktə etmək qaydaları haqqında geniş məlumat alıblar. Təlimdə aktiv iştirak edərək 10 məqalə yaratmaq limitini keçən iştirakçılara MEK-in sertifikatları və AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin Təşəkkürnaməsi təqdim edilib.

İştirakçıları təltif edən MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Direktor bildirib ki, istər 44 günlük müharibədə, istərsə də ondan sonrakı dövrdə Azərbaycanlı vikipediyaçılar informasiya savaşında da öz töhfələrini verdilər. Azərbaycandilli Vikipediyada MEK-in Elektron resurslar şöbəsinin əməkdaşlarının peşəkarlığını diqqətə çatdıran kitabxana rəhbəri sözügedən şöbənin müdiri Reyhan Əhmədovanın və təlimçi Rəcəb Həsənbəylinin bu sahədə işini yüksək qiymətləndirib.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk Vikipediyada Azərbaycan dili bölməsinin zənginləşməsində MEK-in könüllülərinin xüsusi əməyi olduğunu qeyd edib.

Sonda Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nigar Mustafayeva təlimçilər adından yaradılan şəraitə görə təşəkkürünü bildirib, təlim müddəti ixtisas sahələri üzrə elektron ensiklopediyada çox sayda məqalələr yaratdıqlarını deyib.












Xəbər 6040 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +