Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


30.04.2024  20:04 

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır -Fotolar





A+  A-

Sərfəli qiymətləri və hər kəsə uyğun təklifləri ilə tanınan “Nar” təhsil istiqamətində uzunmüddətli sosial layihələrinə davam edir. Azərbaycanın mobil rabitə sahəsinin yerli peşəkarlarının inkişaf etməsi üçün “Nar” Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün mobil rabitə təlimlərini davam etdirir.

“Nar” və Azərbaycan Texniki Universitetinin (AzTU) 10 ilə yaxındır ki, davam edən əməkdaşlığı çərçivəsində universitetin texniki ixtisaslar üzrə təhsil alan tələbələri “Nar”ın təşkil etdiyi rabitə təlimlərində iştirak edir, “Nar” laboratoriyasında əyani dərslər keçir və “Nar”ın təcrübə proqramına qoşulurlar.

Qeyd edək ki, “Nar”ın texniki heyəti yerli peşəkarlardan formalaşır və bu tendensiyanı qorumaq məqsədilə “Nar” ilin əvvəlində daha bir texniki istiqamətdə ixtisaslaşmış ali təhsil müəssisəsi – Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb.

“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





Xəbər 3899 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +