Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


15.12.2023  07:36 

Bu günAzərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək





A+  A-

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək.

Xəzərnews.az "Report"a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının rəsmiləri, nazirlər, nazir müavinləri, deputatlar, qonaqlar, yüzlərlə müəllim iştirak edəcək.

Qurultayın birinci günündə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzularında panel sessiyaları keçiriləcək.

Qurultayın ikinci günündə isə “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə görüş”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s. mövzularda panellər olacaq.

Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib.

Xəbər 1275 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +