Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


20.01.2023  15:58 

Masallıda şəhid Əlvan Bağırovun xatirəsi anılıb





A+  A-

Yanvarın 20-də Masallı rayonunun Ərkivan qəsəbəsində şəhid Əlvan Bağırovun xatirəsi ehtiramla anılıb.

30 il öncə, Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Əlvan Bağırovun xatirəsi onun yaxınları, qəsəbə sakinləri, ziyalı və ağsaqqallar, gənclər və qazilər tərəfindən yad edilib.

Şəhidin məzarı önünə toplaşanlar onu xoş sözlərlə xatırlayıblar.

Şəhidin adını daşıyan Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin direktoru Məmmədağa Sadıqov, qəsəbə sakinlərindən Asəf Bağırov, Səfəralı Salayev, Ədalət Hüseynov və başqaları şəhid Əlvan Bağırovun döyüşlərdə göstərdiyi şücaətdən, qorxmazlığından danışıblar.

44 günlük Vətən müharibəsində torpaqlarımızın igidlərimizin qanı, canı bahasına azad edildiyini vurğulayan natiqlər şəhidlərimizin qisasının alındığını, Əlvan kimi qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad olunacağını diqqətə çatdırıblar.

Çıxışlarda şəhidin qısa və şərəfli ömür yolundan bəhs edilib.

Bildirilib ki, Əlvan Ramazan oğlu Bağırov 1973-cü il sentyabrın 4-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. Orta təhsilini burada, Həsənəküçə kənd və C.Cabbarlı adına tam orta məktəblərində alıb. Təhsilini başa vuran Əlvan 1992-ci il may ayının 4-də Masallı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Xidməti dövründə özünə xas mərdliyi və cəsarəti ilə fərqlənib, xoş xasiyyəti və davranışı ilə silahdaşlarının hörmətini qazanıb.

1992-ci ilin sentyabrından Ağdamda, Yeddi Xırman deyilən yüksəklikdə yerləşən postlarda gecə-gündüz, ayıq-sayıq xidmət aparıb. Cəbhə boyu şiddətli döyüşlərdə mütəmadi olaraq iştirak edib. Silahdaşlarının sözlərinə görə, bu istiqanlı və qorxmaz igid ən ağır vuruş günlərdə belə yoldaşlarından bir an da ayrı qalmayıb.

Qeyd edilib ki, döyüşlər zamanı yaralanması və 25 günlük müalicədən sonra yenidən ön cəbhəyə qayıtması məhz Əlvanın əsl vətənpərvər döyüşçü olmasını təsdiqləyir.

1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olub. Yanvarın 19-da Fərrux yüksəkliyi uğrunda gedən əməliyyat sıravi Ə.Bağırovun son döyüşü olub. Anadan olduğu qəsəbədə, Həsənəküçə qəbiristanlığında torpağa tapşırılıb.

Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəb hazırda Daxili Qoşunların şəhid hərbi qulluqçusu Əlvan Bağırovun adını daşıyır.

Xatirə günündə şəhidin məzarı önünə gül dəstələri və əklillər qoyulub, ruhuna dualar oxunub.

Məktəblilər şəhidlərimizə, Vətənə aid şeirlər səsləndiriblər.

Akif AĞAYEV
XəzərNews.az








Xəbər 1691 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +