Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


17.09.2020  21:09 

ABŞ İrana qarşı sanksiyalarının əhatə dairəsini genişləndirib





A+  A-

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın “Advanced Persistent Threat 39” (APT 39) kiber hücum qrupuna, “Rana İntelligence Computing Company” adlı qurama şirkətinə və onun 45 nəfər əməkdaşına sanksiya tətbiq edib.
XəzərNews.az xəbər verir ki, OFAC-ın verdiyi açıqlamada “Rana” şirkəti uzun illərdir İran hökuməti tərəfindən iranlı disidentlərə və jurnalistlərə, həmçinin əcnəbi turizm şirkətlərinə, habelə xarici ölkələrin hökumətlərinə qarşı təzyiq vasitəsi olaraq istifadə edilir.

Şirkət 30-dan artıq ölkədə bir çox şirkəti və fərdi şəxsi hədəfə götürüb. Bu barədə OFAC ilə Federal Təhqiqatlar Bürosunun (FBİ) birgə apardığı araşdırmalar zamanı məlumatlar əldə edilib.

“APT 39” şirkəti isə İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (“Ettelaat”) nəzarətində olub ölkənin özəl şirkətlərini və elmi mərkəzlərini, o cümlədən yerli və beynəlxalq fars dili və mədəniyyəti mərkəzlərini təqib edib.

Bununla yanaşı, OFAC terrorçu təşkilatlar siyahısında olan “Hizbullah” hərəkatı ilə bağlı olduqlarına görə Livanda yerləşən “Arch Consulting” və “Meamar Construction” şirkətlərinə, habelə “Hizbullah”ın İcraçı Şurasının üzvü Sultan Xəliffəh Əsədə qarşı da müvafiq sanksiyalar tətbiq edib.

Xəbər 1629 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +