Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


31.10.2017  17:49 

İspaniya Kataloniyanın müstəqillik qətnaməsini ləğv etdi





A+  A-

İspaniyanın konstitusiya məhkəməsi Kataloniyanın müstəqilliklə bağlı qətnaməsini ləğv edib.
XəzərNews.az xəbər verir ki, Kataloniya hökumətinin rəhbəri vəzifəsindən azad olunan Karles Puçdemon 100-dən çox jurnalistin iştirakı ilə baş tutan və canlı yayımlanan mətbuat konfransında bildirib ki, yaradılan şəraitdə İspaniya hökuməti ilə hansısa nəticəyə gəlmək mümkünsüz idi:

“Kataloniya hökuməti Madridlə dialoq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışdı, lakin bunun mümkün olmadığını gördükdə müstəqilliyini elan etməyə məcbur oldu”.

Puçdemon onu da qeyd edib ki, Kataloniya hökuməti 21 dekabrda keçiriləcək növbədənkənar seçkilərin istənilən nəticələrini qəbul edəcək. O, eyni zamanda vurğulayıb ki, Madrid Kataloniya xalqının iradə nümayişinə hörmət etməlidir: “Əgər Avropa İttifaqı Madridin güc nümayişini dəstəkləsə, bu, Avropanın əsaslandığı idealların sonu deməkdir”.

Puçdemon, həmçinin Belçikada siyasi sığınacaq almaq istəməsi ilə bağlı xəbərləri də təkzib edib.

Xəbər 1201 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +