Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


23.10.2017  23:57 

Qaçan avtoritetlərə görə 3 nəfər saxlanıldı





A+  A-

Bu gün ölkə gündəmini zəbt edən məhbusların qaçışı ilə bağlı yeni məlumat var.
Məlumata görə, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Şirvana aparılan məhbuslar- Etibar Məmmədov və Əli Ağami qaçdığına görə Penitensiar Xidmətdə fəaliyyət göstərən qarovul rəisi və digər 2 əməkdaş barəsində saxlanılma qərarı çıxarılıb.

Belə ki, məhbusların etap edilməsinə cavabdeh olan şəxslər məsuliyyətə cəlb olunublar.

Hazırda qaçan məhbusların axtarışı davam etdirilir.

Məlumata göə, onların yeri də müəyyənləşdirilib və qısa zamanda həbs ediləcəkləri gözlənilir.

Qeyd edək ki, qaçan məhbuslar- 1983-cü il təvəllüdlü Əli Ağami Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama), 1980-cı il təvəllüdlü Etibar Məmmədov isə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunub. Onların cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ötən həftə dövlət ittihamçısı E. Məmmədovla Ə. Ağaminin hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında həmin məhbuslar qatardan düşürülən zaman qaçıblar.

(qafqazinfo.az)

Xəbər 1670 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +