Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


22.03.2025  11:18 

Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff





A+  A-

Ukrayna NATO-ya daxil olmayacaq, lakin üzvlük olmadan onun 5-ci maddə ilə müdafiəsi olub-olmayacağı müzakirə olunur.

XəzərNews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“Düşünürəm ki, Zelenski və onun sağ əli Yermak Ukraynanın NATO üzvü olmayacağını demək olar ki, qəbul ediblər. Onların 5-ci maddə (NATO-nun kollektiv müdafiəsi) adlanan müdafiəsinə sahib olub-olmayacağı barədə çox danışılıb",- deyə o bildirib.

Vitkoffun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında sülh sazişi olarsa, Ukrayna NATO-ya üzv ola bilməyəcək.



Xəbər 2660 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +