Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


01.09.2023  17:08 

Vaqif Sultanlının “Tərs axın” adlı hekayələr kitabı nəşr olunub





A+  A-

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Tərs axın” adlı hekayələr kitabı nəşr olunub.

Azərbaycan Dövlət Nəşriyyatında yayınlanan kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı otuzdan artıq hekayəsi daxil edilib. Kitabın redaktoru və ön sözün müəllifi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Elnarə Akimovadır.

Kitaba müəllifin tarixi və müasir mövzularda yazılmış “Yovşan ətri”, “Ağ yol”, “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Vətən”, “Səhər dumanı”, “Mağara”, “Xurmayı saçlar”, “Qütb gecəsi”, “Kor düyün”, “İlan əfsanəsi”, “İlğım”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə”, “Budda heykəli”, “Nəvayi-Qumru”, “Humayun”, “Kulikovo döyüşü” və başqa hekayələri daxil edilmışdır.

Bəhs olunan əsərlərin əksəriyyəti Azərbaycan mətbuatında yayınlanmış, bəziləri isə ilk dəfə oxuculara təqdim olunur. Hekayələrin əsas mövzusu çağdaş dünyanı və yaşadığımız cəmiyyəti rahatsız edən mənəvi aşınma, əxlaqi çöküş, özgələşmə kimi ciddi sosial problemlərə söykənir. Real və şərti-metaforik üslubun kəsişimində qələmə alınan yazılarda müəllif mənsub olduğu sosial mühitin girovuna çevrilən insanların duyğu, düşüncə, həyəcan, sarsıntı və iztirablarını əks etdirməyə çalışmışdır.

Kitaba “Tərs axın” – susqun nəşmələrin hekayəsi” adlı ön söz yazan tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova hekayələrlə bağlı düşüncələrini aşağıdakı kimi ümumiləşdirir: “Bütün mətnlər moder¬nist nəql texnikasının elementləri üzərində qurulub. Yəni ənənəvi təhkiyəyə önəm verən mətnlərdə mütləq səbəb-nəticə əlaqələri, qırılmayan xronologiya axtarılırsa, burada zaman-məkan sərhədsizliyi hakimdir.

Müəllif hadisələrin nə əvvəlini göstərir, nə ortasını. Demək olar ki, bütün hekayələrdə “son problematikası” var. Ruhsal və fizioloji bitkinlik mənasında hakim olan “son” – bütün hallarda aqibət duyğusunun əlaməti kimi səciyyələnir. Əksər hekayələrdə hadisələrin təsviri, ardıcıllıqla nəqli yoxdur, əhvalatlar minimuma endirilib. Çünki müəllifin məqsədi hansısa ömür hekayətini anlatmaq deyil. O, təhkiyəsinin mənəvi, bədii, coğrafi sərhədlərini genişləndirərək insan obrazını ümumiləşdirir, onu hardasa lokal çərçivədən çıxarır, çağdaş dövrümüzün problemləri, gerçəkləri fonunda insan faktoru mövzusuna baxış edir, zaman və fərd qarşıdurmasının, həyat-ölüm problematikasının pafosdan uzaq bədii həllini verməyə çalışır”.

Bütövlükdə dil-üslub, forma-məzmun rəngarəngliyi ilə seçilən hekayələr müəllifin yaradıcılıq xronologiyasının real, gerçək mənzərəsinin canlandırılması baxımından maraq doğurur.



Xəbər 1881 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +