Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


04.11.2022  15:10 

Çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb





A+  A-

Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 7A ünvanında fiziki şəxs Zahid Arif oğlu Aslanova məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.

XəzərNews.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, yoxlama zamanı istehsal müəssisəsində gigiyena tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müşahidə edilib. Belə ki, xammal və inqrediyentlərin saxlanma şəraitinə, çörək bişirilməsində istifadə olunan avadanlıqların təmizliyinə riayət edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Xəbər 1025 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +