Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


16.12.2021  09:42 

Cəfəri və şiə məzhəbləri arasında fərq varmı?





A+  A-

Şiə - Həzrət Mühəmməd Peyğəmbərdən (ə) sonra Əli ibn Əbu Talibin (ə) imamlığını qəbul edən dini-siyasi cərəyandır (məzhəbdir).

Şiə məzhəbi geniş bir anlayışdır. Bu məzhəbin bir neçə qolu var. Necə ki, sünni (əhli-sünnə) məzhəbinin də bir neçə qolu var (hənəfilik, hənbəlilik, şafiilik, malikilik və s.).

Şiə məzhəbinə cəfərilik, ismaililik, zeydilik və s. kimi qollar daxildir. Bunlar arasında əsas fərq Peyğəmbərin Əhli-beytindən olan 12 imamdan neçəsini imam olaraq qəbul etmələrindədir. Məsələn, zeydilər ilk 4 imamı, ismaililər ilk 6 imamı qəbul edirlər, bundan sonra onların imamət zənciri başqa istiqamətdə davam edir.

Cəfərilər 12 imamı qəbul edirlər; buna görə onlara isna-əşərilər (on iki imamçılar) da deyirlər. Cəfəri məzhəbi altıncı İmam Cəfər Sadiq (ə) tərəfindən sistemləşdirilib.

Hal-hazırda dünya şiələrinin əksəriyyətini cəfərilər təşkil edirlər (o cümlədən,
Azərbaycan, İran, İraq şiələri).“Şiə” deyərkən adətən cəfəri məzhəbi nəzərdə tutulur./islam.az

Xəbər 2250 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +