Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


21.01.2021  14:20 

İlk olaraq Şuşaya sərnişin daşınması təşkil ediləcək





A+  A-

“İşğaldan azad edilən şəhər və rayonlarımıza artıq müntəzəm marşrut xətlərinin açılmasına dair pasportlar hazırlanıb. Bu istiqamətdə xətlərlə bağlı müsabiqənin keçirilməsinə dair əmr imzalanıb. Əmrə əsasən Müsabiqə Komissiyası təşkil olunub”.
XəzərNews.az-ın məlumatına görə, bunu “Qafqazinfo”ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, hansı regionlara gediş-gəlişin mümkün olunması ilə bağlı birinci və ikinci mərhələ müəyyənləşib: “Birinci mərhələdə vacib olan istiqamətlər Suqovuşan, Talış kəndi, Cəbrayıl və Zəngilan, Qubadlı, ikinci mərhələdə isə işğaldan azad edilmiş digər bölgələrimizə sərnişindaşımanın həyata keçirilməsi gözlənilir. Sərnişinlərin böyük istəyini nəzərə alaraq Şuşaya sərnişin daşınmanı I mərhələyə daxil etməyi düşünürük”.

N. Allahyarovanın sözlərinə görə, birinci mərhələdə işğaldan azad edilmiş ərazilərə Gəncə, Beyləqan və Yevlaxdan sərnişinlər daşınacaq. Bu istiqamətlər regiona daha yaxın olduğuna görə nəzərdə tutulub. Minadan təmizlənmiş ərazilərə gediş-gəlişə tam imkan verdikdən sonra sərnişin daşımaları həyata keçiriləcək.

DANX rəsmisi həmçinin daşıyıcı şirkətlərə və o sahədə fəaliyyət göstərəcək sahibkarlara müraciət edib: “Müsabiqə Komissiyasının işinə dəstək məqsədilə əlavə mütəxəssislərin cəlb olunması gözlənilir. Biz daşıyıcı şirkətlərə və o sahədə fəaliyyət göstərəcək sahibkarlara bildirmək istəyirik ki, müsabiqənin keçirilməsilə bağlı məlumat müsabiqəyə 30 gün qalmış KİV-də işıqlandırılacaq. Ancaq həm də daşıyıcı şirkətlərin avtobuslarının salonu, banı, texniki təchizatı və s. tam yararlı olmalıdır. Daşıyıcılar düşünməsinlər ki, Bakı üçün yararsız olan, istismardan çıxarılan avtobuslarını regiondur deyə istifadə edə biləcəklər. Çünki bu müsabiqə yolu ilə keçiriləcək və qurumun tabeliyində olan “ANDT” MMC-nin keçirdiyi texniki müayinənin arayışı tələb olunacaq. Həmin istiqamətlər bizə paytaxt qədər önəmlidir. Çünki ölkə başçısının birbaşa və çox önəmli tapşırığı var ki, həmin istiqamətlərdə bütün infrastruktur layihələri və xidmətlər yüksək səviyyədə qurulsun”.

Xəbər 3642 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +