Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.01.2021  10:54 

Kart məlumatlarının oğurlanması ilə bağlı xəbərdarlıq edildi





A+  A-

Dələduzlar bankların logo və adlarından istifadə etməklə oxşar səhifələr yaradır və kart məlumatlarını ələ keçirirlər.
XəzərNews.az xəbər verir ki, bununla bağlı Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi xəbərdarlıq yayıb.

Bildirilir ki, kart məlumatlarınızın oğurlanmasının qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət etməlisiniz:

-Heç bir halda kartın arxa tərəfində qeyd olunan CVV kodu kənar şəxslərə bildirməyin. Bunu sizdən heç bank işçisi də tələb etməz;

- Kartın arxa tərəfində olan CVV kod ancaq onlayn ödəniş etmək və ya balansdan başqa karta pul göndərmək üçün istifadə olunur.

- Kimsə sizə pul göndərirsə heç bir halda ona CVV kod lazım deyil;

- Telefona gələn 4 rəqəmli OTP kodu kənar şəxslərə bildirməyin. OTP kod göndərilən sms-də xərcin təyinatı ve xərclənəcək məbləğ barədə məlumat olur. Bu məlumatlara diqqət edin;

-Kart məlumatlarını ələ keçirmək üçün bankların logo və adından istifadə edərək oxşar saytlar yaradılır. Onlayn ödənişlər həyata keçirdikdə daxil olduğunuz sayta diqqətlə baxın. Rəsmi sayt olduğundan əmin olun. Aşkar olunan saxta saytlardan birinə nümunə olaraq kapitalaze.com saytını qeyd etmək olar.

Xəbər 3645 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +