Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


27.08.2020  16:18 

Saakaşvili Gürcüstana qayıdır





A+  A-

Gürcüstanın keçmiş prezidenti, hazırda Ukrayna İslahatlar İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili vətəninə dönməyə qərar verdiyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında açıqlama verib.

“Mən prezident kimi gördüyüm işlərin və yaratdığımız bir çox şeyin hələ də qorunub saxlanıldığını və işlədiyini dəqiq bilirəm, eyni zamanda, Gürcüstan xəbərlərini eşidəndə başa düşürəm və bilirəm ki, biz daha yaxşı yaşaya bilərik, hər bir gürcü vətəndaşı zəngin ola bilər və biz bunu birlikdə edə bilərik. Mən qayıdıram”.

Saakaşvili prezidentliyi dövründə etdiyi səhvlərə görə gürcülərdən bağışlanmasını istəyib. “Tanrı bilir ki, xalqım üçün ən yaxşısını istəmişəm. Xalqımın daha yaxşı, daha zəngin yaşamasını istəmişəm”,- deyə eks-prezident qeyd edib.

Qeyd edək ki, 2013-cü ildə prezidentlik müddətinin bitməsinə bir neçə gün qalmış ölkəni tərk edən Mixail Saakaşviliyə qarşı Gürcüstanda dörd cinayət işi açılıb, onlardan ikisində isə hökm oxunub. Gürcüstana qayıdacağı təqdirdə onu 11 il həbs təhlükəsi gözləyir.

Xəbər 1779 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +