Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


11.02.2020  15:23 

Azərbaycanın ekoloji risklər xəritəsi HAZIRLANDI





A+  A-

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov təbii-texnogen təhlükələr əsasında Azərbaycanın ekoloji risklər xəritəsini işləyib hazırlayıblar.
Bu barədə XəzərNews.az-a AMEA-nın Coğrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, bu xəritə Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsidir.

Azərbaycan ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlaşma, iqlimdəki risklər (quraqlıq, kəskin şaxta, isti, isti quru küləklər və s.), səhralaşma və zəlzələ kimi ekoloji risk yaradan mənbələr müəyyən edilib. Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%- i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli ərazilərdir.

Bu xəritə infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında, siğorta işlərində vacib mənbə rolunu oynaya bilər.

Xəbər 1563 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +