Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


10.02.2018  11:06 

Cəlilabadda maraqlı tapıntı - Foto





A+  A-

Cəlilabadda Azərbaycan tarixi ilə bağlı maraqlı nümunələr aşkar olunub.
XəzərNews.az xəbər verir ki, rayonun Şatırlı kəndindəki qədim yaşayış məskənində aşkar olunmuş unikal abidələr daşdan hazırlanmış buta fiquru və qədim yeraltı sərdabənin qalıqlarıdır. Bu maddi mədəniyyət nümünələri təsadüf nəticəsində kənd sakinləri tərəfindən aşkar olunub və hazırda tarixçi Elşad Əmədov tərəfindən evində qorunub saxlanır. Tarixi 9 min il əvvələ aid olduğu güman olunan daşdan hazırlanmış Buta fiquru ölkə ərazisində tapılan ilk belə nümünədir. Maddi mədəniyyət nümünələrinin ilkn araşdırıcısı Elşad Əmənov deyir ki, buta fiquru üzərində 2 dəfə dəyişikliklər aparlıb. Hələ ki, bunun hansı məqsədlə edildiyi məlum deyil. Ən maraqlısı isə odur ki, bu mikrodəyişiklikləri daşın üzərində aparılmasından ötrü hansı texniki avadanlıqlardan istifadə olunması sual altındadır.

Tapılan digər nümunə isə yeraltı sərdabələrin qalıqlarıdır. Kadrlardan da göründüyü kimi buradakı daş laylar bir-birinə xüsusi şəffaf məhlulla bərkidilib. Ehtimal olunur ki, bu ərazidəki yeri hələ ki məlum olmayan yeraltı sərdabənin izoliasiya qatının bir parçasıdır. Çünki yeraltı sərdabələrdə mumyalanmış meyitlər adətən çürüməməsindən ötrü qapalı, havasız şəraitdə saxlanırdı.

Bu qiymətli tarixi nümünələr Şatırlı kənd ərazisində qədim sivilizasiyanın zəngin tarixinin olduğunu göstərir. Tapıntılarla bağlı Milli Elmlər Akademiyasına məlumat verən tarixçi nümunələrin araşdırılmasına mütəxəssis qurupların cəlb olunmasını istəyir.


Xəbər 1852 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +