Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


24.01.2018  16:27 

Prezident Administrasiyasında struktur dəyişiklikləri olub





A+  A-

Prezidentin Administrasiyasının strukturundakı dəyişikliklər açıqlanıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev 30 may 2017-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezidentin Administrasiyasının strukturu yenidən təşkil edilib, işçilərin say həddi 410 ştat vahidi müəyyən edilib. O cümlədən Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisinin xidməti yaradılıb.

Azərbaycan prezidenti İlham Əliyevin 9 yanvar 2018-ci il tarixli sərəncamı ilə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisinin xidməti ləğv edilib, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi yaradılıb.

Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin ştat vahidi 1 şöbə müdiri olmaqla, 6 ştat vahidi təsdiqlənib.

Dövlət qulluğu və kadr məsələləri şöbəsində Şəxsi işlərin aparılması sektorunda ştat vahidi isə artırılaraq, 2 ştat vahidindən 4 ştat vahidinə qaldırılıb. Beləliklə, Prezident Administrasiyasının işçilərinin say həddi 410 ştat vahidindən 412 ştat vahidinə qalxıb.

Qeyd edək ki, Etibar Nəcəfov bir müddət əvvəl Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Xəbər 1253 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +