Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


04.10.2017  16:27 

Yükdaşıma xidməti vətəndaşa 3000 manat ziyan vurdu - FOTO+VİDEO





A+  A-

188 Yükdaşıma xidmətinin işçiləri vətəndaşı 3000 min manatdan çox ziyana salıb.
XəzərNews.az bildirir ki, bu barədə "Qaynarinfo"ya zərərçəkmiş Orxan Qəhrəmanov məlumat verib. O, avqustun 29-da yükdaşıma ilə bağlı şirkətə müraciət etdiyini, lakin qeyri-peşəkar işçilərin səhlənkarlığı nəticəsində 3000 manatdan artıq dəyəri olan qab-qacaq dəstinin qırıldığını bildirib:

"Hadisədən sonra şirkətlə əlaqə saxladım. Mənə özünüz alın, biz pulunu ödəyərik dedilər, yubatdılar. Dünən isə zəng edəndə nömrəmin qara siyahıya salındığını gördüm. Belə çıxır ki, hara istəyirsiniz şikayət edin. Yükümü daşıyanda mənimlə heç bir müqavilə bağlamadılar, mən də başım qarışdığı üçün bunu onlardan tələb etmədim. Şirin dillə, "bağ belə, bostan belə" deyib məni aldatdılar. 2 bahalı dəst sındırıblar, amma mən heç olmasa birinin pulunun ödənilməyini istədim. Bu məbləğin hamısını, əvvəlcə işçilərin maaşından kəsəcəklərini bildirdilər, sonra belə təklif etdim ki, 30 faizini mən, 30 faizini şirkət, 30 faizini isə işçilər ödəsin, xəbər çıxmadı. Daha sonra heç olmasa 1500-1600 manatlığını alın evimdə olsun, sınan bahalı dəsti də sizə qaytarım dedim, yenə bir səs çıxmadı. Ay yarımdır ki, mənim şikayətimlə bağlı heç nə etmirlər. Mənə dəyən zərər artıq dəyib. İstəmirəm ki, başqaları da bu şəkildə zərər görsünlər. Hadisədən sonra da şirkətin bir nümayəndəsi belə gəlib maraqlanmadı, buna görə üzr istəmədilər".

Məsələ ilə bağlı 188 yükdaşıma xidməti ilə əlaqə saxladıq. Zəngimizə cavab verən operator yükdaşıma ilə əlaqədar vətəndaşa dəymiş zərərlə bağlı audit şöbəsinin məşğul olduğunu söylədi. Daha sonra şirkətin nümayəndəsi olan və özünü sadəcə Abbas kimi təqdim edən şəxs bildirdi ki, vətəndaşın əlində sübutu yoxdursa, şikayəti əsassızdır, şirkət bütün yükdaşımalar zamanı daşınan əşyalarla bağlı təhvil-təslim aktı tərtib edir və qarşı tərəf də ona qol çəkir:

"Vətəndaşın hansı əsasla şikayət etdiyindən xəbərsizəm. Əgər əlində faktı və ya hansısa bir sənəd varsa, o zaman həmin məsələyə baxa bilərik. Biz aktsız iş görmürük. Bütün yükdaşımalarda təhvil-təslim aktı olur, orada nə daşındığı qeyd olunur. Müştəri də yükünü təhvil alan zaman ona qol çəkir. Əlində sübutu yoxdursa, belə bir şikayət əsassızdır".



Xəbər 2090 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +