Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


23.06.2017  16:12 

Çexiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılacaq - QALMAQAL





A+  A-

Azərbaycanın Çexiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək həqiqətən bu fikirlərin Çexiyanın Ermənistandakı səfiri tərəfindən söyləndiyini araşdıracaq. Çexiyanın Azərbaycandakı səfiri də məsələ ilə əlaqədar XİN-nə çağırılacaq.
Bu barədə XəzərNews.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, əgər həqiqətən belə fikirlər Çexiya səfiri tərəfindən deyilibsə, bu qanuna və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.

“Əksinə bu kimi açıqlaması ilə çex səfiri cinayət tərkibi olan hüquqi məsələləri siyasiləşdirir.

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya əsaslarının pozulmasına açıq çağırışlar edən, qanunsuz kriminal rejimlə iş birliyinə girən, etnik və dini zəmində nifaq yaradan fərdlərə qarşı Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılır.
Onlardan biri də Avropa Parlamentinin üzvü statusundan sui-istifadə edərək erməni lobbisinin maliyyəsi ilə işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər edən və bu kimi qeyri-qanuni fəaliyyətləri həyata keçirən Çexiya vətəndaşı Yaromir Ştetinadır”-deyə XİN rəsmisi qeyd edib.

“Səfirə xatırlatmaq istərdik ki, Çexiyanın Cinayət Məcəlləsinin İX və X Fəslinə və müvafiq olaraq 309, 310, 323 və 324-cü maddələrinə əsasən Çexiya dövlətinin ərazi bütövlüyü, suverenliyi, konstitusiya əsası və dövlət hakimiyyətinə qarşı fəaliyyətə görə 10 ildən 18 ilə qədər ağır cəza nəzərdə tutulur.

Yəni Yaromir Ştetina Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi bu fəaliyyəti Çexiyada etsəydi onu belə ağır cəza gözləyirdi.
Amma Yaromir Şetinanın eyni tərkibli cinayət əməllərini Azərbaycanın işğal olunmuş ərazilərində etməsinin qarşısını almaq üçün Çexiya hakimiyyət orqanları tərəfindən lazımı tədbirlər görülmür”.

Xəbər 1216 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +