Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


30.03.2017  16:07 

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir





A+  A-

"Dərman vasitələri haqqında" qanuna dəyişikliklər edilir.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

"Dərman vasitələri haqqında" qanunun hazırki variantına əsasən, Azərbaycanda istehsal edilən və ölkəyə idxal olunan dərman vasitələri qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti tərəfindən sertifikatlaşdırılır.

Qanuna edilən yeni dəyişikliyə əsasən, dərman vasitələri qanunvericliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirilən qurum və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirlən qurumlar tərəfindən sertifikatlaşdırılır.

Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, yeni dəyişiklik qanunun "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanuna uyğunlaşdırmaq məqsədilə edilir.

Qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.



Xəbər 1481 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +