Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


09.03.2017  23:48 

“Qənirə Paşayevanın qohumuyam” deyib sakinlərdən pul yığdı





A+  A-

Millət vəkili Qənirə Paşayeva onun adından istifadə edib iş düzəltmək adı ilə pul yığan şəxslə bağlı açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, xanım deputat sosial şəbəkədə bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək:

"Anar Tağıyev adlı bir tovuzlunun mənim qohumum olduğunu iddia edərək müxtəlif şəxslərdən iş düzəltmək adı ilə pul istəməsi və ya alması barədə mənə məlumat daxil olub. Bildirmək istəyirəm ki mənim bu adlı qohumum və ya işçim yoxdur və bu adamın mənimlə heç bir əlaqəsi yoxdur. Sabah bu məsələ ilə bağlı, adımdan bu cür çirkin məqsədlər üçün istifadə edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu şəxsin qurbanı olan insanlar mənə buradan inboksa yaza bilərlər və mən həmin müraciətləri də hüquq-mühafizə orqanlarına göndərib araşdırılmasını xahiş edəcəm. Adımdan çirkin məqsədlər üçün istifadə edilməsi məni çox üzdüyü qədər də çox narahat edir və xahiş edirəm mənim adımdan bundan sonra da istifadə edərək kimlərsə sizdən işinizi düzəltmək adı ilə pul və ya maddi şeylər tələb etsə mütləq bizə Milli Məclisə məktubla müraciət edin, buradan yazın və ya 0124372930 nömrəsinə zəng edərək köməkçim Məhəbbət xanıma məlumat verin ki, bu cür dələduzlarla bağlı tədbir görə bilək. Və bu cür fırıldaqçılara inanmayın ki sabah zərərə düşəsiniz. Bu artıq üçüncü dəfədir ki kimlərinsə mənim adımdan bu məqsədlə istifadə etdiyi barədə məlumatlar daxil olur və hər dəfə də hüquq-mühafiqə orqanlarına müraciət edərək tədbirlər görülməsini xahiş etmişik. Eyni zamanda bütün idarə və qurumlara xahiş eidrəm ki mənim adımdan kimlərsə sizə hansısa xahişlə müraciət edərsə inanmayın. Biz vətəndaşlarımızın bizə rəsmi müraciətləri əsasında məktubla, imzayla rəsmi qurumlara müraciət edirik və ya şəxsən mən özüm həmin qurumların rəhbərlərinə zəng edərək məsələləri onların diqqətinə çatdırıram. Kimlərsə kiməsə mənim adımdan zəng edərsə xahiş edirəm heç zaman inanmayın".

Xəbər 3576 dəfə oxunub.




13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +