Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


01.03.2024  12:52 

Devalvasiya olmayacaq... Amma dollara tələbat artıb





A+  A-

“Milli Bankın keçirdiyi son 3 hərracda 300 milyon dollardan artıq satış olub. Bu isə ondan xəbər verir ki, dollara tələbin artması davam edir. Digər mühüm məqam isə qonşu ölkələrdə milli valyutaların məzənnəsinin dəyişməsinin psixoloji tərəfləridir. Region ölkələrində milli valyutaların dəyər itirməsini müşahidə etdik. Bu da nəticə etibarilə birbaşa valyuta məzənnəsinə təsir göstərir”.

Xəzərnews.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov Bakupost.az -a deyib.

Onun sözlərinə görə, dollara tələbatın artması iqtisadi baxımdan idxalın yüksəlməsi, eyni zamanda psixoloji olaraq tələbin artması ilə bağlıdır:

“Çünki biz bazarda psixoloji olaraq tələbin yüksəlməsini də müşahidə edirik”.

Millət vəkili qeyd edib ki, valyuta məzənnəsinin necə dəyişməsi isə Mərkəzi Bankın mövqeyindən asılı olacaq:

“Çünki Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın kursu birbaşa Mərkəzi Bankın mövqeyi ilə bağlıdır”.

Xəbər 6146 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +