Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


22.01.2024  15:50 

Ukrayna və Azərbaycan diasporları arasında Memorandum imzalandı - FOTO





A+  A-

Bu gün Ukrayna və Azərbaycan diasporları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanıb.

Bu barədə Xəzərnews.az -a Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski bildirib.

“Bu hadisənin bütün dünyada ukraynalıların Birlik Gününü qeyd etdiyi bu gün baş verməsi simvolikdir. Axı bütün ukraynalıların səylərinin birləşdirilməsi Ukraynanın qaçılmaz qələbəsinə, suverenliyin və ərazi bütövlüyünün bərpasına zəmanət verən ən güclü silahdır. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu ilə Azərbaycandakı Ukraynalıların Birləşmiş İcması arasında Memorandum xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradır və Ukrayna ilə strateji tərəfdaşlığın inkişafı çərçivəsində birgə layihələrin həyata keçirilməsinə töhfə verəcək. Memorandumun məqsədi, həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən silahlı təcavüzü kontekstində Ukrayna və Azərbaycan diasporlarının səylərini və birgə fəaliyyətini əlaqələndirməkdir”, - diplomat bildirib.

Kanevski Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadovu və Azərbaycandakı Ukrayna İcmasının rəhbəri Tamila Musayevanı səfirliyin binasında qəbul edərək, Ukraynaya dəstək məqsədilə həyata keçirilən layihələrin həyata keçirilməsində mümkün töhfələrinə görə onlara təşəkkürünü bildirib.











Xəbər 9285 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +