O qadınla 5-6 gün oteldə qaldıq, məni şantaj edirdi - Şərurlu İsfəndiyar
Əli Əsədovun sədrliyi ilə iclas keçirildi
Adəm Məmmədov azadlığa çıxmaq istəyir
Azərbaycanın etibarlı rolunu qiymətləndiririk - Səfir
Donald Tramp NATO-nun sammitində iştirak edəcək
“Şah“ otelin sahibi qolbaqda gəzəcək
“Embawood” qüsurlu mal satıb - Rəsmi
Bu mərkəzin iki əməkdaşı istintaqa cəlb olundu
Avtomobili partladıldı, deputat həlak oldu - Fotolar
Bulvar ərazisində dənizdən meyit tapıldı


15.03.2019  18:06 

Azərbaycan seçicilərinin sayı açıqlanıb





A+  A-

Azərbaycanda seçicilərin sayı açıqlanıb.
XəzərNews.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bu haqda dnışıb. M.Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 209 min 420 seçici var.

MSK sədrinin sözlərinə görə, seçicilərin 50,83 %-ni qadınlar, 49,17 %-ni isə kişilər təşkil edir.

May ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

İclasda MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub. Komissiyanın qərarı ilə 2 saylı Şərur, 7 saylı Ordubad-Culfa, 15 saylı Yasamal birinci, 37 saylı Nizami birinci (Gəncə), 48 saylı Yevlax, 58 saylı Hacıqabul-Kürdəmir, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir, 67 saylı Cəlilabad şəhər, 76 saylı Lənkəran-Astara, 98 saylı Şəmkir şəhər, 109 saylı Balakən və 117 saylı Oğuz-Qəbələ seçki dairələri dairə seçki komissiyalarının tərkində dəyişiklik edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Xəbər 1423 dəfə oxunub.




04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı

04.04.2025  10:00 

İtkin düşən məktəbli tapılıb


BÜTÜN XƏBƏRLƏR +