O qadınla 5-6 gün oteldə qaldıq, məni şantaj edirdi - Şərurlu İsfəndiyar
Əli Əsədovun sədrliyi ilə iclas keçirildi
Adəm Məmmədov azadlığa çıxmaq istəyir
Azərbaycanın etibarlı rolunu qiymətləndiririk - Səfir
Donald Tramp NATO-nun sammitində iştirak edəcək
“Şah“ otelin sahibi qolbaqda gəzəcək
“Embawood” qüsurlu mal satıb - Rəsmi
Bu mərkəzin iki əməkdaşı istintaqa cəlb olundu
Avtomobili partladıldı, deputat həlak oldu - Fotolar
Bulvar ərazisində dənizdən meyit tapıldı


14.03.2019  10:43 

Yol polisi sürücülərə müraciət etdi





A+  A-

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayrami ərafəsində yol hərəkəti iştirakçılarına müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, qarşıdan gələn Novruz bayramı ilə əlaqədar tətil günlərində respublikanın bölgələrinə səfər edən, istirahət zonalarına üz tutan insanların sayının artacağı və bununla da ümumi istifadədə olıan avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin artacağı gözlənilir.

Bayram günlərində yol hərəkəti təhlükəsizliyinin təmin olunması və baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının vaxtında alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqət yetirməli olduqları məqamları ənənəvi olaraq bir daha xatırladır.

“Hörmətli sürücülər!

Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə xüsusi diqqət ayırın və aşkar olunan nasazlıqları təxirə salmadan aradan qaldırın.

Hərəkət zamanı təhlükəsizlik kəmərlərinin təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Unutmayaq ki, təhlükəsizlik kəmərlərinin bağlanılmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı sürücü və sərnişinlərin həyat və sağlamlıqlarına təhlükə riskini artırır.

Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.

Uzaq məsafələrə səfərlər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümükün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin.

Unutmayın, qaydalara riayət etməklə Siz, həm özünüz, həm də əzizləriniz üçün bayram günlərinin xoş keçməsinə zəmin yaratmış olacaqsınız!”.

Xəbər 1444 dəfə oxunub.




04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı

04.04.2025  10:00 

İtkin düşən məktəbli tapılıb


BÜTÜN XƏBƏRLƏR +