Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


30.12.2021  09:38 

ABŞ Azərbaycanı alqışladı - ermənilərə görə...





A+  A-

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.

“Biz Azərbaycanın 2021-ci il noyabr ayının 16-da saxlanılan beş erməni hərbçini dekabrın 29-da geri qaytarmasını alqışlayırıq”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq dekabrın 29-da Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməniəsilli hərbi qulluqçulardır.

Qeyd olunan 5 nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - 01.11.1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 04.10.1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir./“Report”

Xəbər 1719 dəfə oxunub.




12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +