Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


18.11.2017  10:23 

MTRŞ Zauru müdafiə etdi: “Burada nə var axı?“





A+  A-

"Xəzər” TV-də yayımlanan "5-də 5” verilişinin "Elçilik” rubrikasında 15 yaşlı məktəbli qızın nikaha cəlb olunması ilə bağlı kadrlar nümayiş edilib.
XəzərNews.az azvision.az-a istinadən xəbər verir ki, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov bildirib ki, hazırda məsələ araşdırılır:

"Ümumilikdə bütün televiziya kanallarında yayımlanan verilişlərə nəzarət olunur. Artıq Xəzər televiziyasında yayımlanan bu verilişdən də xəbərdarıq. Bir məqamı da qeyd edək ki, həmin verilişdə evləndirmək, toy məsləsindən söhbət getmir. Sadəcə olaraq, həmin qız uşağına elçi gediblər. Burada nə var axı? Bu, sadəcə elçilikdir. Kimisə evləndirməyiblər ki... Həmin qızın on beş yaşı var. Aparıcının da bundan xəbəri olmayıb. Verilişdə adam evləndiriblər bəyəm?”.

T.Dadaşov "Belə bir təbliğatın aparılması nə dərəcədə doğrudur?” sualına cavabında isə bunları qeyd edib:

"Mən, təbii ki, bunu müdafiə etmirəm. Gördüyünüz kimi, orada ailənin mövqeyini də efirə verdilər. Ailə də bildirdi ki, bizim qızımız hələ məktəblidir və evlənə bilməz. Bu kadrlar da efirdə nümayiş olundu. Yenə deyirəm, orada kimisə evləndirməkdən söhbət getmir. Sadəcə, aparıcıya zəng vurub, elçi getməyi təklif ediblər. Aparıcıya da yalan məlumat veriblər. Mətbuat bəzən məsələləri həddindən artıq şişirdir. Belə hallara yol vermək düzgün deyil”.

Xəbər 1274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +