Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


26.05.2017  16:32 

“Bu, gözlənilən idi” - Beynəlxalq Bankın sədri





A+  A-

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilmiş görüşdən dərhal sonra əvvəlcə Fitch, ardınca bu gün Moody’s beynəlxalq reytinq agentliyinin ABB-nin reytinqlərini aşağı salmasına bir daha münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, X. Əhədov deyib ki, bu hal bank rəhbərliyi tərəfindən əvvəlcədən də bəyan edildiyi kimi, gözlənilən idi: “Restrukturizasiya prosesi keçən bank üçün bu, normal bir qərardır. Beynəlxalq reytinq agentlikləri öz ənənəvi standartlarına və praktikalarına əsaslanaraq ABB-nin reytinqlərini müvəqqəti aşağı saldılar. Bu hal qısamüddətlidir. Bankın maliyyə mövqeləri gücləndikcə beynəlxalq agentliklər öz qərarlarına yenidən baxaraq bankın reytinqlərini yenidən yüksəldəcəklər”.

X.Əhədov vurğulayıb ki, bu qərarların bankın fəaliyyətinə hər hansı təsiri yoxdur. ABB bütün bank əməliyyatlarını, müştərilərə xidməti normal qaydada davam etdirir.

Onun sözlərinə görə, bankın xarici öhdəliklərinin restrukturizasiyası ABB-nin müştərilərinin və tərəfdaşlarının maraqlarına uyğundur. Bu proses bankın Azərbaycanda və xaricdə yenidən güclənməsini, maliyyə mövqelərinin möhkəmlənməsini təmin edəcək.

Xəbər 1499 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +