FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


02.04.2025  10:18 

Turizm Agentliyində yoxlama davam edir





A+  A-

Dövlət Turizm Agentliyində bir müddət əvvəl başlayan yoxlama prosesi davam edir.

XəzərNews.az xəbər verir ki, Hesablama Palatasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, audit prosesi yanvar ayından başlayıb.
Məlumatda deyilir ki, yoxlama prosesi Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən aparılır.

"Plana əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və "Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir", - qurumdan verilən məlumatda qeyd olunub.

Xatırladaq ki, mart ayının əvvəlində Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.

Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib. "Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar", - iddialarda deyilir.

Daha sonra məlumat verilib ki, Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 04 mart 2025-ci ildə şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Xəbər 2222 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +