Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


26.12.2020  22:38 

Daha bir ölkədə təhlükəli koronavirus aşkarlandı





A+  A-

İsveçdə koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.
XəzərNews.az "TASS"a istinadən xəbər verir ki, bunu mətbuat konfransı zamanı İsveçin Səhiyyə İdarəsinin nümayəndəsi Sara Büfors deyib.

"Södermanland əyalətində Böyük Britaniyada aşkarlanan mutasiyaya uğramış koronavirus variantına yoluxma qeydə alınıb" - deyən S.Büforsun sözlərinə görə, koronavirusun yeni ştammına yoluxan şəxs Böyük Britaniyadan gəlib və ölkəyə girdiyi zamandan karantində olub.

Səhiyyə İdarəsinin nümayəndəsi Böyük Britaniyadan İsveçə gələnləri koronavirus testindən keçməyə və təcrid olunmağa çağırıb.

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Xəbər 1844 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +