Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


24.02.2025  12:56 

Eldəniz Hacıyev vəfat etdi





A+  A-

Eldəniz Müzəffər oğlu Hacıyev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib

XəzərNews.az xəbər verir ki, Eldəniz Hacıyev 1962-ci ildə Şəmkir rayonunda anadan olub, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı” fakültəsini bitirib.

Eldəniz Hacıyev əmək fəaliyyətinə sadə zəhmət adamı kimi başlayıb, Bakı şəhəri Nərimanov rayonunun xalq deputatı olub, uzun illər Bakı Şəhər İcra Hakimiyyətində və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində müxtəlif məsul vəzifələrdə çalışıb.

O, harada çalışmasından asılı olmayaraq, əsl dövlət qulluqçusu kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, kollektivin dərin rəğbətini qazanıb.

Eldəniz Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin !



Xəbər 942 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +