Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu


20.06.2022  10:12 

“Mal ətinin qiyməti sabah 20-25 manata qalxacaq”





A+  A-

“Elə bir vəziyyət yaranıb ki, istehsalçının, onu əkən kəndlinin, yaxud sahibkarın məhsulunu satma imkanı yoxdur. Bəzi işbazlar məhsulu ucuz qiymətə alır, sonra da baha qiymətə satırlar. Partiya olaraq dəfələrlə bu haqda müzakirələr aparmışıq ki, nə etmək lazımdır? Nə etmək olar ki, bu vəziyyətdən çıxaq? İndi bir neçə inhisarçının əlində pomidor, xiyar və başqa digər meyvələr cəmləşib. Onlar Azərbaycan xalqına və dövlətinə qəsd edirlər”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, gündəlik tələbat və mövsüm məhsullarında qiymət artımı barəsində fikirlərini bölüşüb:

“Bəzi komitələr var, məsələn, Antiinhisar Komitəsi... Düşünürəm ki, bunun qarşısı alınmalıdır. Ötən həftə Milli Məclisdə bu məsələ müzakirə olunub. 2-3 il bundan qabaq dediklərimi indi təyin edilmiş deputatlar söyləyirlər. Amma mən belə başa düşürəm ki, bu azdır və ciddi nəzarət lazımdır”.

H. Hacıyevin sözlərinə görə, bahalaşmanın nəticəsi çox pis olacaq:

“Cənab Prezidentin özü də dedi ki, qarşıda çox ciddi ərzaq qıtlığı gözlənilir. Bəri başdan öz tədarükümüzü görməliyik. Bu, taxıl deyil ki, bunu xaricdən alaq. Əslində, taxılı əkib-becərməyə də imkanımız var.

Müəyyən işlər görülür, lakin baxın, hər rayonda nə qədər alma, xiyar, pomidor, gilas istehsal olunur? Açığı, biz də rayonlara gedirik, görürük ki, camaatın mer-meyvəsi qapısında, ya da ağacında qalıb. Elə qiymət deyirlər ki... Alverçilər 10 qəpiyə aldıqları gilası Bakıda 2 manata satırlar.

Bu barədə ciddi düşünməyin vaxtı çatıb. Çünki məsələni başlı-başına buraxa bilmərik ki, kim neçəyə istəyir satsın. Əlbəttə, xalq arasında da böyük narazılıq yaranır. Xalqın cibindəki pul bazardakı qiymətlərə uyğun gəlmir. Bu sahədə olan inhisarçıların çoxu cinayət məsuliyyətinə cəlb edilib həbs edilməlidir”.

“Baxın, sahibkar və kəndli malını birbaşa bazara çıxara bilmir. Alverçilər bazarın ağzında bir-birini qırırlar. Gedin, səhər 6-da“Vosmoy”un bazarına baxın, görün, nə hoqqalardan çıxırlar. Bunların hamısının nəzarə alınması ilə bağlı ciddi şəkildə hər hansı bir komitə yaradılmalıdır. Bunu başlı-başına buraxsaq, bu gün bazarda kilosu 15 manata olan qoyun əti, yaxud 12 manata olan mal ətinin qiyməti sabah 20-25 manata qalxacaq. Bunun qarşısını almalıyıq”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Xəbər 1571 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +