Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..


28.01.2020  14:57 

Pensiyaya çıxmaq üçün vacib olan - Tələblər





A+  A-

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda qocalanda pensiya hüququ qazana bilmək üçün ən şanslı və daha az şansa malik coğrafiyaların statistikasını araşdırıb.
XəzərNews.az xəbər verir ki, R. Ağayev feysbukda bildirib ki, ölkədə indiki şərtlərlə qocalanda pensiya şansına sahib olmaq üçün bir çox tələblər var: “Bunlar pensiya yaşına çata bilmək, fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə pensiya kapitalına sahib olmaq və ya 25 il sığorta stajı qazanmaq.

Birinci şərt öz əlinizdə deyil – nə qədər yaşayacağınızı özünüz müəyyən edə bilmirsiniz (hər nə qədər sağlam həyat tərziniz həm də özünüzdən asılı olsa belə).

Amma yerdə qalan 2 şərtin yerinə yetirilməsi üçün təminatlı və rəsmi maaşı olan iş yerinin olması lazımdır. Beynəlxalq təcrübədə adətən əmək qabiliyyətli əhalinin hər 1000 nəfərindən 850-900 nəfəri pensiya hüququnu muzdlu əməklə, ən yaxşı halda 80-100 nəfəri sahibkar (yaxud işəgötürən) statusu ilə qazanır.

Bizdə vəziyyət xeyli fərqlidir. Hazırkı statistikaya görə, ölkə üzrə rəsmi məşğul sayılan hər 1000 nəfərdən 300 nəfərinin muzdlu əmək sahibi kimi yaşa görə pensiyaya çıxmaq imkanı var.

Amma bu rəqəm ölkənin bölgələri üzrə xeyli fərqlidir. Məsələn, Bakıda əmək qabiliyyətli yaşında hər 1000 nəfərdən 614, Cəlilabadda isə 137 nəfərinin muzdlu işçi kimi maaş və əmək stajı ilə pensiya qazanmaq şansı var. Bakıda maaş və əmək stajı ilə qocalıq pensiyası almaq şansı Cəlilabada nisbətən az qala 5 dəfə çoxdur. Bu fərq rəsmi əmək müqaviləsi ilə işləyənlərin ümumi məşğulluqda nisbətinə görə yaranır.

Qrafikdə rəsmi əmək müqavilələrilə məşğulluq əmsalının ən yüksək və ən aşağı olduğu 10 rayon (şəhər) göstərilib. Bu qrafikə həm də pensiyaya çıxmaq üçün ən şanslı və daha az şanslı coğrafiyanın xəritəsi də demək olar”.

Xəbər 2239 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +