“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


24.06.2019  13:28 

Elçibəyin oğlu: “Atam təmtəraqlı ad günlərini sevməyib”





A+  A-

Bu gün Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəyin doğum günüdür.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə Türkiyədə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

XəzərNews.az bildirir ki, Modern.az saytı Elçibəyin oğlu Ərturqut Əliyevlə əlaqə saxlayaraq mərhum eks-prezidentin doğum günləri keçirməklə bağlı düşüncələrini öyrənməyə çalışıb.

Ərturqut Əliyev bildirib ki, onların ailəsində həmişə doğum günləri keçirilib:

“Rəhmətlik atam doğum günlərini keçirməyi çox sevirdi. Təbii, bunu ancaq ailə daxilində edərdik. Təmtəraqlı ad günləri keçirməyi atam heç vaxt sevməyib. Düzdü, uşaq olduğumdan atamın ad günləri ilə bağlı daha dəqiq məlumat verə bilmirəm. Çünki evimizə kimlərin gəldiyini tam xatırlaya bilmirəm”.

Ərturqut Əliyev atasının doğum günlərində hədiyyə almaq məsələsindən xəbərdar olmadığını deyib:

“Doğum günlərində atamın hədiyyə qəbul etməyi sevib-sevmədiyini deyə bilmərəm. Çünki bu məsələlər yadımda deyil”.

Ərturqut Əliyev hazırda Bakıda olduğunu və atasının məzarını ziyarət etdiyini də vurğulayıb.

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957 -1962-ci illərdə Bakı Düvlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində təhsil alıb.
Sonra SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (yanvar 1963 - oktyabr 1964). Xarici ezamiyyətdən dönərək 1965 –ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olunub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib. Həbsdən buraxıldıqdan sonra Əbülfəz bəy bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib. Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib.
1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə Türkiyədə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Xəbər 1481 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +